• Live

  • Album cover

Antenn MTK-nın radiosu - radio "Antenn" 101 FM 1998-ci ildən fəaliyyət göstərir. Şirkətin həmtəsisçiləri Rüstəm Qədim oğlu Əliyev (Prezident) və Rövşən Novruz oğlu Cavadovdur (Vitse-prezident). 2000-ci ilin fevralında radiokanal - Radio "Antenn 101 Fm" yayıma başladı. Bu vaxt ərzində radionun stabil dinləyici auditoriyası formalaşıb, əhatə coğrafiyası daha da genişlənib. İndi radiomuzun yayımladığı verilişləri Azərbaycanın bütün rayonlarında dinləmək mümkündür. Zövqdə 1-ci olan Radio "Antenn" 101 Fm sizlər üçün belə bir imkan yaradıb. Radionun yayımı dünya standartlarına uyğun avadanlığa sahib Almaniyanın "Rohde & Schvartz" və italiyanın “DB Elettronica” firmalarının istehsalı olan 1-2,5 kwат gücü olan 8 ötürücü vasitəsi ilə həyata keçirilir. Efirə çıxan bütün proqramlar Azərbaycan dilindədir. Şirkət xəbərlər, siyasi, tematik, musiqi proqramları yayımlayır və audio-video reklamlar hazırlayır.